“Nar”- dan autizmli uşaqlara dəstək aksiyası – Tədbir + FOTO
















“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində daha bir sosial aksiyaya imza atıb.
Bu barədə şirkətdən Azinforum.az-a veirlən məlumata görə, autizmdən əziyyət çəkən uşaqlara dəstək olmağa qərar verən mobil operator bu çərçivədə “Nur” korreksiyaedici mərkəzlə əməkdaşlığa başlayıb.
Belə ki, 23-27 aprel 2018-ci il tarixləri arasında qardaş Türkiyə Cümhuriyyətinin Alanya şəhərində keçiriləcək ANCA Dünya Autizm Festivalında “Nur” korreksiyaedici mərkəzdə müalicə alan 3 autizmli uşaq və 4 pedaqoqun iştirakı mobil operator tərəfindən təmin edilib.
Xatırlaadq ki, ANCA Dünya Autizm Festivalı ilk dəfə 1995-ci ildə Kanadada keçirilib. Festival hər il müxtəlif ölkələrdə təşkil edilir. Bu il festivalda 35 ölkənin iştirakı gözlənilir. Azərbaycanı bu festivalda məhz “Nur” korreksiyaedici mərkəz təmsil edəcəkdir. “Nur” korreksiyaedici mərkəzdə defektoloq, loqoped, psixoloq, müalicəvi idman, yaşam və gimnastika müəllimi, xüsusi pedaqoqlar xidmət göstərirlər. Mərkəzdəki mütəxəsislər Daun sindromu, autizm, əqli inkişafın ləngiməsi, hiperaktivlik, eləcə də digər psixoloji və müxtəlif nitq problemlərinin reabilitasiyası ilə məşğul olurlar.
Festivalda Azərbaycanı təmsil edəcək kollektivin səfər xərclərini öz üzərinə götürən “Nar” uşaqların çıxışlarında istifadə edəcəkləri xüsusi paltarlar və milli geyimlər, idman dəstləri, milli rəqs üçün xüsusi müəllimin dəvəti, müxtəlif dillərdə hazırlanmış broşürlər və milli hədiyyələrin təşkili, eləcə də digər logistik xərclərin qarşılanmasını təmin etdi.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Son xəbərlər

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Bütün xəbərlər