Tarif Şurasına qiymətlərin ucuzlaşması ilə bağlı da müraciət edilirmi? – Rəsmi AÇIQLAMA










Tarif (qiymət) Şurası qiymətlərin, xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib.
Əsasnaməyə görə, bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, qiymətlərin tətbiqi ilə bağlı mübahisə və ziddiyyətlərin həlli üzrə işlər Şuranın birbaşa və dolayısı iştirakı həyata keçirilir.
Tarif Şurasının qiymət bahalaşması ilə bağlı qərarları müxtəlif təşkilatların müraciətləri əsasında olur. Ona görə də həmişə qiymət bahalaşması baş verir.
Şura son illər əsasən də gecə saatlarında açıqlanan bahalaşma qərarları ilə insanların yuxusunu ərşə çəkib desək, yanılmarıq.
Bəs görəsən nə vaxtsa hansısa ictimai təşkilat (dövlət təşkilatı belə bir müraciət etməz yəqin ki) Tarif Şurasına qiymətlərin ucuzlaşması ilə bağlı müraciət edibmi? Misal üçün, belə bir sosial təklif etmək olarmı – 1-ci qrup əlillər, qazilər, tələbələr, məktəblilər və s. nəqliyyatdan 50 faiz güzəştlə istifadə etsinlər?
Ümumiyyətlə, sonuncu dəfə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər müəyyən ediləndə xatırlanan Tarif Şurası nə vaxtsa vətəndaşın xeyrinə qiymət tənzimlənməsi həyata keçiribmi?
Məsələ ilə bağlı Traif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun həyata keçirdiyi tənzimləmə siyasətinin əsası qiymətlərin mümkün qədər aşağı səviyyədə saxlanılmasından ibarətdir:
“Ümumilikdə qəbul edilən qərarlar kollegiyal şəkildə razılaşdırılır. O ki qaldı, qiymətlərin tənzimlənməsi zamanı aşağı tarifin müəyyənləşməsinə, müxtəlif dövlərdə rabitə xidmətlərinin, bəzi dərman vasitələrinin qiymətlərinə yenidən baxılması üçün ayrı-ayrı şirkətlər tərəfindən bizə müraciətlər daxil olub. Kollegiyanın qərarına əsasən, qeyd edilən sahələrdə qiymətlər əhalinin əlçatanlığı baxımından əhəmiyətli şəkildə aşağı salınıb”.
Hazırda Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tariflər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan qanunvericilik aktları ilə tarifləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir.
Tarifləri iqtisadiyyat naziri Şuranın sədri olmaqla maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən və eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarət üzvlər tənzimləyirlər.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər