hadise
8.10.2018
Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı - FOTO

Bakıda daha bir avtobus qəzası olub.
Axar.az xəbər verir ki, 60 saylı marşrut xətti üzrə hərəkət edən avtobus Nobel prospektində, keçmiş Nargilə kafesinin yaxınlığında yoldan çıxıb.
Avtobus yol kənarındakı ağacları qırıb.
İlkin məlumata görə, avtobusda sərnişin olmayıb. Sürücünün xəsarəti isə ciddi deyil.



