dunya
9.06.2018, 01:55
Polşada şagirdləri daşıyan avtobus qəzaya uğradı - 49 yaralı + Fotolar

Polşanın paytaxtı Varşavada məktəb avtobusu qəzaya uğrayıb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, avtobus yük və miniki avtomobilləri ilə toqquşub. Zəncirvari qəza nəticəsində 49 nəfər yaralanıb.
Hadisə yerinə 8 təcili yardım və helikopter cəlb edilib. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, avtobusda gəzintiyə gedən 13-14 yaşlı şagirdlər olub.






