dunya
5.06.2018, 09:17
Turist avtobusu dərəyə yuvarlandı - 24 yaralı

Kanadanın Ontario ştatında turistlərin olduğu avtobus qəzaya uğrayıb.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 24 nəfər xəsarət alıb. Yaralıların hamısı Çin vətəndaşıdır. Onlardan 4-nün vəziyyəti ağırdır.
Qeyd edək ki, avtobus qəfil yoldan çıxaraq xəndəyə yuvarlanıb. Hadisənin səbəbləri araşdırılır.


