dunya
5.06.2018, 02:45
Kanadada baş verən yol qəzasında 24 nəfər xəsarət alıb

Kanadanın Ontario əyalətində ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, bu barədə CTV xəbər verib.
Məlumata əsasən, sərnişin avtobusu yoldan çıxaraq xəndəyə düşüb. Qəza nəticəsində azı 24 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.
Hadisənin səbəbləri müəyyənləşdirilir.


