hadise
22.10.2018, 10:16
BAKIDA DƏHŞƏT: Kişi sevgilisini və rəfiqəsini qana bələdi

Bakıda kişi sevgilisini və onun rəfiqəsini bıçaqlayıb.
Hadisə dünən gecə saatlarında paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Aleksey Çeşnakov mübahisə zəminində onunla qeyri rəsmi ər arvad münasibətində yaşayan, 1978-ci il təvəllüdlü Qalina Şapkinaya 3 bıçaq, onun rəfiqəsi, 1874-cü il təvəllüdül Elmira Mirzəyevaya isə bir bıçaq zərbəsi vurub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb, onların həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsinində Aleksey Çeşnakov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb./Open.az


