İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib









Bakıda VI Beynəlxalq Humanitar Forum başlayıb

dogruxeber.tv report-a istinadən xəbər verir ki, forumda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digər dövlət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.

Prezident İlham Əliyev Forumda çıxış edir.

Tədbir "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunub.

Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir.

Tədbirə BMT Baş katibinin iki müavini, İSESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (İPU), BMT-nin iqtisadi və sosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri, UNESCO, Müstəqil Dövlətlər Birliyinin MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri qatılıb. Tədbirdə həmçinin Sudanın vitse-prezidenti, Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox millət vəkili, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı respublikalardan şirkət rəhbərləri, elm xadimləri, ekspertlər iştirak edirlər.

Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosial və humanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. Rəsmi şəxslər, beynəlxalq təşkilatların təmsilçiləri, habelə qeyd olunan sahələr üzrə mütəxəssislər iki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdıracaqlar.

Xatırladaq ki, 2010-cu ildən təşkil olunan forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir.

Oxunub: 808

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər