`İnsanların statistik savadlılığı yüksəlməlidir`








"Heç bir dövlət qurumu ilə statistik məlumatların alınmasında problemimiz yoxdur, ola da bilməz".

Bunu "Report"a açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən statistik məlumatın gecikdirilməsinə, yaxud təhrif olunmasına görə fiziki və hüquqi şəxslərin 300 manatdan 500 manatadək cərimə edilməsi nəzərdə tutulub: "Ona görə də bu sahədə məlumatların alınmasında hər hansı problem yoxdur".

Azərbaycanın statistik məlumatların istehsalına görə ən qabaqcıl ölkələrdən biri olduğunu xatırladan T. Budaqov əlavə edib ki, digər inkişaf etmiş ölkələrdə bu kimi məlumatlar hətta iki ildən sonra dərc olunur: "Odur ki, bizim ölkədə məlumat gecikmir. Hətta məlumatların ictimailləşdirilməsi müddəti bir çox inkişaf etmiş ölkələrdən daha qısa vaxtda həyata keçirir".

Komitə sədri həmçinin statistik göstəricilərin günün reallıqlarını əks etdirməməsi ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib. O qeyd edib ki, bu kimi yanaşmalar bütün dünyada var.

T.Budaqov vurğulayıb ki, statistik inamın əhalidə yaranması üçün insanların statistik savadlılığı yüksəlməlidir: "Hər bir kəs statistik rəqəmi öz həyatındakı rəqəmlərlə müqayisə edir. Biz orta əmək haqqının məbləğini açıqlayanda 250 manat alan əmək haqqı alan insan bundan narazılığını ifadə etməyə başlayır. Lakin o, nəzərə almır ki, statistika ölkə üzrə orta göstəricilərin məcmusudur".

O eyni zamanda, gələcəkdə statistik məlumatların çeşidinin artırılmasına da münasibət bildirib: "Statistikada təlabat, insanların, istifadəçilərin, dövlətin təlabatına uyğun çeşid müəyyən edilir. Hansı məlumata maraq varsa, o istiqamətdə də statistika komitəsi öz işini qurur. Bəzən insanlarımızda yanlış məlumat yaranır ki, statistika sadə bir məhsuldur. Statistika istehsal prosesidir və bu da müəyyən investisiya qoyuluşu tələb edir. Ona görə də çox az maraq doğuran məsələlər ətrafında vəsait sərf edib statistika formalaşdırmaq da iqtisadi cəhətdən səmərəli və ya sərfəli deyil".

Son xəbərlər

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Bütün xəbərlər