hadise
5.11.2018
45 yaşlı Cəlilabad sakini xəstəxanaya yerləşdirildi
![]()
Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un məlumatına görə, rayonun Ocaqlı kənd sakini, 1973-cü il təvəllüdlü Xəlilov Əli Xıdıroğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Yaralı avtoqəza nəticəsində xəsarət alsa da, hadisənin hansı şəraitdə baş verməsini xatırlamayıb. Ehtimal edilir ki, o, avtomobil tərəfindən vurulub.
Faktla bağlı araşdırma aparılır.


