“Bu işə İlham Əliyev gündəlik nəzarət edir” - Akademik













“Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı işlərin gedişatına Prezident İlham Əliyev gündəlik nəzarət edir”.

“dogruxeber.tv” xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun üzvü, akademik İsa Həbibbəyli deyib.

Akademikin sözlərinə görə, Prezident İlham Əliyev işçi qrupa konkret olaraq vəzifələr tapşırıb. Hazırda işçi qrup bu vəzifələrin icrası istiqamətində intensiv iş aparır.

İ.Həbibbəyli qeyd edib ki, hazırda AMEA tərəfindən M.Müşfiqə aid arxiv sənədlərinin araşdırılması və məlumatların toplanılması istiqamətində işlər aparılır: "Mikayıl Müşfiqin şəxsi işi bizim əlimizdədir, bu iş bizim tədqiqatçılara məlumdur. Oradakı sənədləri diqqətlə öyrənirik. Komissiyaya onun nəticələri barədə məlumatlar verəcəyik".

İşçi qrupunun üzvü əlavə edib ki, M.Müşfiqin güllələnməsi və bundan sonra baş verənlərlə bağlı iki versiya var: "Bu versiyalardan biri odur ki, M.Müşfiqi Nargin adasında güllələyiblər və daha sonra onu, eləcə də onunla birlikdə güllələnən şəxslərin hamısını Xəzər dənizinə atıblar. İkinci versiya odur ki, onlar kütləvi məzarda dəfn ediliblər. Lakin hər iki versiya şifahi məlumatlardan ibarətdir, xalq yaddaşı əsasında formalaşıb. Bunların heç birini təsdiq edən rəsmi sənəd yoxdur. Ona görə də indi DNT kodunun müəyyən edilməsi çox mühüm məsələdir. Bu istiqamətdə səlahiyyətli rəsmi orqanlar iş aparırlar".

İ.Həbibbəyli hazırda arxivdə işlərini davam etdirdiklərini, araşdırmaların yalnız Azərbaycan arxivlərində aparıldığını da söyləyib: "Sənədlər elə də çox deyil. Biz br neçə qovluğa baxmışıq. Bizim işimizin nəticələri məlumdur. Belə ki, M.Müşfiqin işində onun güllələnməsi ilə bağlı məlumat var. M.Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-a keçən gecə güllələnib. Onun işində bu faktı təsdiq edən arayış var. Amma harada güllələnib və harada dəfn edilib? Şəxsi işdə bu barədə məlumatlar yoxdur. Buna görə də indi biz araşdırma üçün digər sənədlər axtarırıq".

Oxunub: 778

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər