Otel, tikiş fabriki və sağlamlıq mərkəzi hərraca çıxarılacaq - FOTO













Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 18 dekabr tarixində hərrac keçiriləcək.

Komitədən Unikal.org-a verilən məlumata görə, hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 30 kv.m ilə 9 min 297 kv.m arasındadır. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki bu növ əmlakın ümumi faydalı sahəsi 621.6 kv.m-dir.

Dövlət obyektinin torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılması sahibi üçün əlavə imkanlar yaradır. İnvestor bu yeməkxananın fəaliyyətini bərpa edərək və ya başqa sahə üzrə yenidən quraraq yüksək gəlir qazana bilər. Bu kateqoriyadan olan əmlaklara Ucarda tikiş fabriki, Balakəndə otel, Buzovnada sağlamlıq mərkəzi kimi müəssislər də aiddir.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla bərabər, Gəncə, Sabirabad və Samux kimi şəhərlərdə yerləşir. Ümumi faydalı sahəsi 10 kv.m ilə 190 kv.m intervalında olan belə obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır. Ümumi faydalı sahəsi 93.4 kv.m olan qeyri-yaşayış sahəsi paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Adı çəkilən dövlət əmlakı kiçik xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.

Bakı, İsmayıllı, Saatlı, Yevlax kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında "Ağdaş Quşçuluq”, "Goranboy Aqrotexservis”, "Bərdə Tikinti Quraşdırma” və digər səhmdar cəmiyyətləri var.

Avtomobil almaq istəyən vətəndaşlar budəfəki hərracda buraxılış tarixi 1989-2007 illər olan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Qeyd edək ki, bu avtomobillər "Daewoo", "BMW", "KAMAZ" və digər markalara aiddir.

Son xəbərlər

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Bütün xəbərlər