Yeni sürücülük vəsiqəsi üçün əlavə rüsum alınacaqmı? - Ekspert şərhi













İMəlum olduğu kimi ilin əvvəlində "Yol Hərəkəti Haqqında" Qanuna dəyişiklik edilib. Baş nazir Novruz Məmmədov qanuna dəyişiklik haqqında qərarı imzalayıb

Qərar 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək. Qanuna edilmiş dəyişikliyə əsasən sürücülük vəsiqələri Vyana Konvensiyasının ən son dəyikliklərinə uyğunlaşdırılıb və alt kateqoriyalar yaradılıb.

Sürücüləri düşündürən məsələ isə yeni sürücülük vəsiqələrinin alınmasında əlavə rüsumların olub-olmayacağıdır.

Nəqliyyat eksperti Ərşad Hüseynov qanuna edilmiş dəyişikliyi Qaynarinfo-ya şərh edib:

"Nazirlər Kabinetinin qərarı texniki xarakter daşıyır. Çünki bu ilin əvvəlində "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilib və Nazirlər Kabinetinin qərarı da qanuna uyğunlaşdırılıb. Qanuna dəyişlik etməkdə məqsəd Azərbaycanda sürücülük vəsiqələrini, onların kateqoriyalarını Vyana Konvensiyasının son düzəlişlərinə uyğunlaşdırmaq idi. Vyana Konvensiyasının 2011-ci ildə qəul edilmiş son əlavələrində sürücülük vəsiqələrinin alt kateqoriyaları və onların hansı növ nəqliyyat vasitəsini idarə etmək üçün uyğun olduğu müəyyən olunmuşdu. Bir də bizim sürücülük vəsiqələrinin beynəlxalq qanunvericiliyə uyğun gəlməyən iki problemi var idi ki, onlar da aradan qaldırılıb. Problemlərdən biri Azərbaycan əlifbasında latın qrafikasına aid olmayan hərflərin işlənməsi, digəri isə sürücülük vəsiqələrində məlumatların ardıcıllığının konvensiyaya uyğun olmaması idi. Bu problemlər də aradan qaldırılır".

Ekspert bildirib ki, sürücülər hazırkı sürücülük vəsiqələrinin etibarlılıq müddəti bitənə qədər ondan istifadə edə biləcəklər və yanvardan sonra sürücülük vəsiqəsi almaq üçün imtahan verənlər isə əlavə heç bir rüsum ödəməyəcəklər:

"Köhnə vəsiqəsi olanlar heç bir imtahan verməyəcəklər. Sürücülərin köhnə vəsiqələri etibarlılıq müddəti bitənə qədər qüvvədə qalacaq. Etibarlılıq müddəti başa çatanda da həmin vəsiqələr eyni kateqoriyalar saxlanılmaqla heç bir imtahansız yeni nümunəyə uyğun şəkildə dəyişdiriləcək. Hətta yanvarın 1-dən sonra kimsə istəsə, sadəcə əvvəlki qaydada dövlət rüsumunu ödəməklə (25 manat) köhnə vəsiqəni yenisi ilə əvəzləyə bilər. İmtahan prosedurunda da heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq yanvarın 1-dən etibarən imtahan verənlərə yeni növ sürücülük vəsiqəsi veriləcək. Bir də arzulasa alt kateqoriyalar üzrə də imtahan verə bilər. Kateqoriyadan asılı olmayaraq, imtahan verəndə eyni rüsum ödənilir".(qaynarinfo)

Oxunub: 855

Son xəbərlər

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

Günün valyuta məzənnələri açıqlanıb

Bütün xəbərlər