Banklar vətəndaşları necə çilədən çıxarır... - ETİRAZ













İmişli rayonunun bir qrup sakini noyabrın 30-da “Ədliyyə Evi”nin önündə aclıq aksiyasına başlayacaq.

Bu barədə rayon sakini Vüqar Qədirov bildirib. Aclıq banklara olan borcların tutulması ilə bağlı çıxarılmış məhkəmə qərarlarının sərt icrası ilə əlaqədardır: “İcra şöbəsinin yeni rəisi banklarla əlbir işləyir. O, ciddi-cəhdlə çalışır ki, adamları çətin duruma salmaqla borcları az müddətdə toplasın. Məsələn, mənim qardaşımın 480 manatlıq maaşının yarısını tutmaqla kifayətlənməyib, onun zamininin də maaşının yarısını borca yönəltdirib. Qardaşım zamindən tutulan pulu ona qaytarmalıdır. Buna görə qardaşımın əlində aylıq maaşından heç nə qalmır“, – V.Qədirov bildirib.

Digər sakin Namiq Soltanov da məhkəmə icraçılarından şikayətlənir: “Mən Qaz İstismarı İdarəsində işləyirəm. Aylıq gəlirim 350-500 manatdır. Aylardır ki, əmək haqqımın yarısı bu borca görə tutulurdu. Bir neçə gün əvvəl zaminimə hədə-qorxu gəliblər ki, avtomobilinə həbs qoyulacaq. Mən borcu ödəməkdən imtina etməmişəm ki, niyə başqa şəxsi də bu işə cəlb ediblər?”, – N.Soltanov qeyd edib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsi Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyinin yerli şöbələrinə və rayon administrasiyasına müraciət edib. “Aksiyanın əsas təşəbbüskarları Qarabağ əlilləri və müharibə veteranlarıdır”, deyə sözügedən qurumun İmişli şöbəsinin rəhbəri Taleh Tapdıqov bildirib. Onun sözlərinə görə, aksiya qərarını şöbə qəbul etməsə də qurum üzvlərinin taleyilə bağlı narahatdır. O, rayon orqanlarını problemi dialoq yolu ilə həll etməyə çağırıb.

Əgər aksiyanın keçirilməsinin qarşısını almaq mümkün olmazsa, vətəndaşların təhlükəsizliyi təmin edilməli, aclıq edənlər tibbi nəzarətə götürülməlidir. İmişli Rayon İcra və Probasiya İdarəsinin rəisi Ruhin Xəlilov isə hesab edir ki, onun işçiləri qanun çərçivəsində hərəkət edirlər.

Eyni zamanda o, rayon Veteranlar Birliyinin idarəyə müraciət etdiyini təsdiqləyib. Onun sözlərinə görə, müraciət öyrəniləcək, mümkün olduğu qədər güzəşt ediləcək. (dia.az)

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər