DİN-dən başı qırxılan 4 uşaq anası ilə bağlı AÇIQLAMA













Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) qadının başının qırxılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə əri tərəfindən başı qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub.

Qadının anası, Mingəçevir şəhər sakini olan X.Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib, bu məsələdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhərində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşı olan E.Həsənovla ilə ailə həyatı quran qadın il yarım müddətində həyat yoldaşı və sonuncunun ailə üzvləri ilə birlikdə Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb. Lakin 2015-ci ilin oktyabrında həyat yoldaşı ilə münasibətlərində problem yarandığına görə o, anasının yanına qayıdaraq 4 yaşlı övladı ilə birlikdə yaşamağa başlayıb. Bu ilin sentyabrında ərinin valideynləri - qaynanası və qaynatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb.

Hazırda Mingəçevir Şəhər Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Son xəbərlər

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Bütün xəbərlər