hadise
9.12.2018
“Moskva” univermağında yanğın olub - FOTO

Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Moskva" univermağının binasında yanğın hadisəsi baş verib.
dogruxeber.tv azvision-a istinadən xəbər verir ki, yanğın saat 12:30 radələrində univermağın ikinci mərtbəbəsində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının qarşısı alınıb.



