DYP-dən bu cür maşın sürənlərə SON XƏBƏRDARLIQ



















Son günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır.

İdarədən verilən məlumata görə, son həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, ötən gün Salyan rayonunda dəmir qırıntıları daşınan "Opel" markalı avtomobillə "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Opel”in üzərində olan dəmir boru "Hyundai" markalı avtomobilin ön şüşəsini sındıraraq, sürücünün həyatına son qoyub. Hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı qəti tədbirlərin görülməsi barədə göstəriş verilib.

Ötən gün paytaxtın Nəsimi rayonu ərazisində də "QAZ-31" markalı avtomobil 12 metr uzunluğa malik armaturları daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan o, müayinəyə dəvət edilib və müvafiq sənədlər tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzinlə həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib.

Bu cür xoşagəlməz hallar uzun müddətdir baş verdiyindən polis yol hərəkət qaydalarına əməl etməyi tövsiyə edir. Qeyd olunur ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol nəqliyyat hadisələrinə səbəb olur. Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.

Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər olmadan belə, bu cür nəqliyyat vasitələrini idarə edir.

Bəzən belə avtomobilləri bir neçə sürücü ayrı-ayrı vaxtda idarə edir. Yəni sürücülər buna sadəcə yükdaşıma vasitəsi kimi baxırlar. Onlar avtomobili nəqliyyat vasitəsi kimi saz vəziyyətdə saxlamırlar. Bununla yanaşı, nəqliyyat vasitəsinin işıq cihazları nasaz vəziyyətdə olur, əyləc sistemi işləmir. Bu da yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.

Yol polisi bu cür avtomobilləri idarə edən şəxslərin diqqətinə çatdırır ki, onlara qarşı nəzarət gücləndirilib. Bundan sonra yükdaşıma qaydalarını pozduqlarına görə onların barəsində qəti tədbirlər görüləcək. İstismara yararsız olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması təmin ediləcək və digər müvafiq addımlar atılacaq.

Yol Polisi onu da qeyd edir ki, bu cür avtomobilləri idarə edən bəzi sürücülər yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılarkən müxtəlif təzyiq üsullarına əl atır, özlərinə xəsarət yetirəcəklərini bildirirlər, sosial vəziyyətlərini önə çəkməklə və digər vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Lakin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin normal yaşayış şəraiti var, saz vəziyyətdə olan digər avtomobilə sahibdir. Ancaq ucuz başa gəlsin deyə, istismara yararsız olan nəqliyyat vasitələrini 300-500 manata əldə edib, bu cür vasitə ilə pul qazanmağa çalışırlar. Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi əngəldir və onu aradan qaldırmaq hər bir hərəkət iştirakçısının borcudur.

Baş Dövlət Yol Polisi İdarəsi bu cür nasaz nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edərək bildirir ki, nəqliyyat vasitələrini saz vəziyyətə gətirsinlər, nasaz nəqliyyat vasitəsi idarə etməsinlər. Ümumiyyətlə, dəmirlərin və ağır yüklərin daşınması yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilməli və avtomobilin yük yerində daşınmalıdır. Nəqliyyat vasitəsinin damında dəmir parçalarının daşınması qadağandır. Odur ki, sürücülər qayda pozuntularına yol verməsinlər.

Qeyd edək ki, dünən Bakıda yol hərəkəti qaydasını pozan sürücü özünə və polis əməkdaşına yanıq xəsarətləri yetirib.

Oxunub: 860

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər