Quba rayon uşaq bağçasında nə baş verdi?



















“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur və biz bu borcu yerinə yetirməyə çalışırıq”. Ilk öncə Ümumilli Lider Heydər Əliyevin uşaqlar haqqında gözəl aforizmiylə başlamaq istərdik. Həqiqətən də uşaqlar parlaq gələcəyimizin təməlləri, ölkəmizin ümid daşıyıcılarıdır. Bu həssas uşaqlara qayğı yetərincə özünü doğruldurmu? Bu gün ölkə başçısı cənab İlham Əliyev də uşaqların sağlam və ölkəyə layiqli şəkildə böyüməsi üçün xüsusi qayğı göstərir. Bəs ölkə başçısından əlavə digər qurumlar da bu qayğını yetərincə göstərirlərmi? Bax bu ciddi məsələdir. Çünki uşaqların mənəvi ehtiyaclarını təmin etmədikdə fərdi inkişaf prosesində həmişə nələrsə əskik olmaqla bərabər yarımçıq nələrsə qalır. Bu da insan üçün bir ömür boyu narahatlıq törədəcək natamamlıq kopleksinin yaranmasına gətirib çıxarır. Insan davamlı olaraq sıxıntılar keçirir, ümidsizlik sindromuna yoluxur və həyatda heçbir sahədə özünü kəşf edə bilmir. Təbii ki, bu cür hallar uşaqlıq dövründən qaynaqlanıb kök atır. Belə insanlar cəmiyyət üçün nələrsə etmək istədikdə bu uğursuzluqla nəticələnir. Bu cür ciddi nüanslarıpn yaranmasında uşaqların əyləncəsinin düzgün şəkildə təmin edilməməsi, psixoloji travma, düzgün tədris olunmayan təhsil, qayğıdan kənar qalmaları və s. nümunə göstərmək olar. dogruxeber.tv informasiya agentliyinə vətəndaşın müraciəti əsasında daxil olan video materilda görmək olar ki, Quba Rayon Zərdabi qəsəbəsində yerləşən 15 saylı körpələr evi-uşaq bağçasında uşaqların mənəvi ehtiyacları yetərincə ödənilmədiyi üçün yuxarıda sadaladıqlarımız gələcəkdə özünü büruzə verəcəkdir. Belə ki, adı qeyd olunan bağçanın həyətinə daxil olan rayon sakini bu prebləmlərlə bağlı maraqlanmaq istəsə də bağçanın qapılarını vətəndaşın üzünə bağlayıblar. Sakin qeyd edir ki, müəllimə ilə əlaqə saxlasaq da məzuniyyətdə olduğunu deyib. Onu maraqlandıran isə məzuniyyətdə olan şəxsin bağçanın binasında həmin müddətdə nə ilə məşğul olmasıdır. O, iddia edir ki, əgər bağçada hər hansı bir problem olmasaydı qapıları onun üzünə bağamazdılar. Vətəndaşın iddiasına əsasən şübhə yaranır ki, bağça daxilində üstüörtülü gizli məqamlar və işıqlandırılması münasib olmayan bəzi problemlər var. dogruxeber.tv informasiya agentliyinin redaksiyasına göndərilən videoda da görmək olur ki, uşaqların əylənməsi üçün nəzərdə tutulan karusellər, yelləncəklər və s. atraksionların hamısı yararsız vəziyyətdədir. Heç biri uşaqların mənəvi ehtiyaclarını ödəmək gücündə deyil. O zaman bu uşaqlar necə və nə tərzdə əylənməlidir? Maraqlısı odur ki, bu acınacaqlı duruma Quba Rayon İcra Başçısı da laqeyd yanaşmaqla bərabər, ümumiyyətlə bu problemlərlə ciddi şəkildə maraqlanmır.halbu ki, qeyd olunan bağça məhz icra orqanının nəzdində fəaliyyət göstərir. Ölkə prezidentinin təyin etdiyi səlahiyyətli şəxs bu duruma biganə yanaşırsa o zaman kimlərə müraciət olunmalıdır? Niyə prezidentin tapşırıqlarına laqeyd yanaşılır? əgər üzərlərinə düşən vəzifədən boyun qaçırırlarsa o zaman hansı maraqlara qulluq etdiklərinə dair insanda sual yaranır.


Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər