Əli İnsanov həbs müddətində ikinci qardaşını da itirdi













Əli İnsanov həbs müddətində ikinci qardaşını da itirdiPenitensiar Xidmət rəsmisi deyir ki, sabiq nazir müraciət etsə, qardaşının yasında iştirak edə biləcək

Sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun qardaşı vəfat edib. Bu haqda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli özünün facebook divarında yazıb.

“Mərhum Əhməd İnsanov qardaşını vaxtaşırı həbsxanada ziyarət edirdi. Ruhu şad olsun! Mərhumun yaxınlarına səbir diləyirəm. Qardaşının ölümü Əli İnsanov üçün olduqca ağır itkidir, ona azadlıq arzulayıram! Ömrünün son 13 ilini siyasi məhbus həyatı yaşayan İnsanov bununla üçüncü dəfədir ki, yaxınlarının dəfnində iştirak edə bilmir. Bundan öncə onun bacısı və qardaşı vəfat etsə də, onların dəfnində iştirakına imkan verilməyib”.

Penitensiar Xidmətin mətbuat xidmətini rəhbəri Mehman Sadıqov “Yeni Müsavat”ın sorğusuna cavabında deyib ki, bu və ya digər məhkumun belə hallarda rəsmi müraciəti olmalıdır: “Məhkumun müraciətinə baxılır. Qaydaya görə məhkum bu və ya digər yas mərasimində iştirak etmək istəyirsə müraciət etməlidir. Müracətə baxılır və qərar verilir”.

Yada salaq ki, 2015-ci ilin oktyabrında Əli İnsanovun daha bir qardaşı Məhəmməd İnsanov vəfat etmişdi. O, yas mərasimində iştirak etməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinə müraciət etmişdi. Lakin Əli İnsanova qardaşının yas mərasimində iştirak etmək üçün 2-3 saat vaxt verildiyindən o, özü bundan imtina etmişdi. “Günorta 14 radələrində bizi təcili çağırıb bildirdilər ki, Əli İnsanovun yasda iştirak etməsi üçün 2-3 saatlığa buraxılmasına dair sərəncam verilib.

Əli müəllim 2-3 saatlıq görüşə razı olmadı. Çünki yolun uzunluğu elə 1 saat yarımdan çox çəkəcəkdi. Yas mərasimi “Nəsimi bazarı”nın yanında keçirilirdi. Getmək və qayıtmaq məsafəsini düşünəndə Əli İnsanovun faktiki olaraq yasda iştirakı üçün 10-15 dəqiqə vaxt qalırdı" deyə, vəkili mediaya açıqlamasında bildirmişdi.

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış - 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıb.

“Yeni Müsavat”

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər