hadise
4.01.2019, 10:06
Bakıda "Volkswagen" alovlandı

Bakıda "Volkswagen" yanıb.
FHN-dən verilən məlumata görə, Yasamal rayonunda "Volkswagen" markalı minik avtomobilinin salonunun yanar hissələri və mühərriki qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


