hadise
5.01.2019, 19:36
Heydər Əliyev prospektində zəncirvari qəza - FOTO

Bu gün axşam saatlarında paytaxtın Heydər Əliyevprospektində zəncirvari yol qəzası olub.
dogruxeber.tv report-a istinadən xəbər verir ki, hadisə prospekt ilə hava limanı istiqamətində hərəkətdə olan 5 maşının ardarda toqquşması nəticəsində baş verib.
Qəza yolda böyük tıxaca səbəb olub. Xəsarət alanlar barədə məlumat yoxdur.





