İşçilərin maaaşını kəsən, xəstələri soğan kimi soyan klinikadan faktlar - Quantanamo...













Azərbaycan Tibb Universitetinin çoxdan xəstələrin dərisini soymaqda ad çıxarmış Tədris-Terapevtik Klinikası indi də işçilərini narazı salmağa başlayıb.

Dövlət klinikası olan tibb müəssisəsi xadimə və tibb bacılarının maaşını kəsərək bayram ərəfəsində onlara “sürpriz” edib.

Xəbəri ilk yayan cebhe.info yazıb ki, direktor Samir Allahverdiyev bu haqsızlığın başında durub. Ayda 250-300 manat maaş alan işçilərin məvacibindən 50-100 manat kəsilməsi ciddi narazılıq doğurub.

Maaşların gecikdirilməsindən də gileylənən klinika əməkdaşlarının bir qismi işdən çıxmağa hazırlaşır. Bir qrup həkim direktordan noyabrın pulunun tam ödənilməsini istəyib.

Ancaq məsələ hələ də həll edilməmiş qalıb. ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, məsələni dəqiqləşdirdikdən sonra əlaqə saxlayacaq.

Amma narazılıq edən təkcə işçilər yox, vətəndaşlardır. Bu klinika dövlət müəssisəsidir. Başa düşmək olmur ki, ölkədə fövqəladə vəziyyətdiryaxud hərbləşdirilmiş bir yerdir bu klinika?

Burada həkim və tibb personalından çox mühafizəçi var. Üstəlik, hər mərtəbədə belə vəziyyət hökm sürür. Məqsəd aşağıda qeydiyyat yerində ödənişə nəzarətdir.

Hər mərtəbədə insanları yoxlayıb, hara getdiyini soruşur, ödəniş edib-etmədiyini sorğu-sual edirlər. Səhiyyə Nazirliyinin dövlət xəstəxanalarında həkim qəbulu pulsuz olduğu halda pul almaları bir tərəfə, bunu təkzib də etmirlər.

Prezidentin açılışını etdiyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında bazar tarifləri hökm sürür.Tibb ocağında həkimlərin qəbuluna düşmək Quantanamo həbsxanasından qaçmaqdan mürəkkəb prosesdir.

Klinikada bir vətəndaş belə ödənişsiz həkimlə görüşə bilməz. Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşıb hansı həkimin yanına getdiyini söyləmək lazımdır.

Bu zaman qəbulda çalışan klinika əməkdaşları həmin həkimin müayinəsinin qiymətini açıqlayır. Hər həkimin də öz qiyməti var. Klinikada nə şikayət etməyin, nə də Səhiyyə nazirliyinin "qaynar xətt”inə zəng etməyin mənası var.

Xatırladaq ki, onsuz da klinika tələb olunan məbləği almadan həkimlə görüşə buraxmır. Hər iki tərəfdən girişdə mühafizəçilər yerləşdirilib və xəstələri qəbz təqdim etmədən yuxarı mərtəbələrə buraxmır.

Mühafizəçinin biri direktorun kabineti ilə üzbəüzdə yerləşən liftin ağzında çəpər kimi saxlanıb, digəri isə əks istiqamətdə. Beləcə, sözügedən klinikadakı gestapo qanunları nəticəsində heç bir vətəndaş pulsuz müayinə oluna bilmir.

Hər halda, Səhiyyə Nazirliyinin dövlət tibb müəssisələrində pulsuz tibbi xidmət barədə fərmanı adıçəkilən klinika üçün keçərsizdir. Burada həkim qəbulu 30 manatdan aşağı deyil.

Mühafizəçilər isə insanlara az qala düşmən gözü ilə baxırlar. Əgər əlində əsa, beli bükülmüş bir qoca klinikaya gələrsə, ölsə belə onu həkimin yanına ödəniş etməsə buraxmazlar. Bir müddət əvvəl sosial şəbəkədə yazmışdılar:

“Keçən dəfə bir dostumuz uşağı aparıb ATU-nun Tədris-Terapevtik Klinikasında rentgen elətdirib. Ödənişin əvəzində gördüyünüz qəbzi veriblər.

Dövlət xəstəxanasıdı filan bunu bir kənara qoyuram onsuzda hamı bilir ki, bizdə dövlət səhiyyəsi bir çox hallarda özəldən də baha çıxır.

Bizi təəccübləndirən qəbzdəki ödəniş növləridir. Gördüyünüz kimi rentgenin qiyməti 20 manat, əlavə olaraq nəticənin isə xəstəyə verilməsinə 6 manat yazıblar.

İnsan gərək nə qədər həyasız olsun ki, analizin nəticəsini də xəstəyə pulla satsın. Əgər mənə nəticə verilməyəcəksə, onda mən dəliyəm analiz verim, yaxşı bəs həkim mənə necə müalicə yazsın”. Klinikanın mövqeyini dərc etməyə hazırıq.Cahan.info

Oxunub: 743

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər