gundem
10.01.2019, 10:57
Rövnəq Abdullayevin səlahiyyəti vitse-prezidentə keçdi

Vergilər Nazirliyinin Azərbaycan Dövlət Neft Şirkətində qlobal yoxlamalar aparması barədə məlumat vermişdik.
dogruxeber.tv etibarlı mənbələrdən daxil olan məlumata görə, Vergilər Nazirliyinin SOCAR-da aparılan yoxlamalarının nəticəsi olaraq şirkətin prezidenti Rövnəq Abdullayevin əsas səlahiyyətləri, o cümlədən maliyyə məsələlərinə və AFFA-ya nəzarət funksiyası əlindən alınıb.
Qeyd edək ki, bütün bu səlahiyyətlər şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova həvalə olunub.
R.Abdullayev həmçinin, AFFA-dakı postunu da itirməli olub. Belə ki, hazırda quruma nəzarət də E. Nəsirovun səlahiyyətindədi


