Nazir Çevik Polis Alayında müşavirə keçirdi - Səhlab Bağırov da iştirak etdi



















Bu gün Əlahiddə Çevik Polis Alayında 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf və tərəqqi strategiyasının Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük əzmlə davam etdirildiyini, ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu vurğulayıb. Görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Sonra Alay komandirinin birinci müavini - Qərargah rəisi, polis polkovniki Elnur Kərimov çıxış edərək bildirib ki, ötən il Nazirliyin aidiyyəti struktur qurumları və ərazi polis orqanları ilə qarşılıqlı əlaqədə Alayın patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 32.081 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 834, inzibati xətalara yol vermiş 31.247 şəxs saxlanılaraq barələrində qanunauyğun ölçülərin götürülməsi təmin edilib. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 214-ü xuliqanlıq, 247-si oğurluq, 15-i soyğunçuluq, 52-i dələduzluq, 44-ü digər cinayətlər törətmiş şəxslər olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Alayın şəxsi heyəti tərəfindən ümumilikdə 133 nəfər saxlanılıb. Bununla bərabər, xırda xuliqanlığa görə 1.298, avaralıq və dilənçiliyə görə 3.199, polisin qanuni tələbinə tabe olmadığına görə 668, qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə 4.925, məişət səs-küyünə yol verən 888 nəfər müəyyən edilərək barələrində zəruri tədbirlər görülüb. Bütövlükdə, 2017-ci illə müqayisədə aşkarlanan cinayətlərin sayı 1,5, inzibati xətaların sayı isə 21,3 faiz çox olub.

Müşavirəyə yekun vuran general-polkovnik Ramil Usubov şəxsi heyətin ötənilki fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, bu dövrdə xidməti-döyüş fəaliyyətində əldə olunmuş müsbət nətiсələrin qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib, tapşırıq və tövsiyələrini verib.

Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübə qazandığını deyən nazir cari ildə “2019 Formula-1 Azərbaycan Qran Pri”si, futbol üzrə UEFA Avropa Liqasının final görüşü, Avropa Gənclər Olimpiya Festivalı kimi beynəlxalq əhəmiyyətli idman tədbirlərinin keçiriləcəyi ilə əlaqədar qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsinin, həmçinin peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.








Nazir Çevik Polis Alayında müşavirə keçirdi - Səhlab Bağırov da iştirak etdi

Son xəbərlər

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Bütün xəbərlər