Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirildi - FOTO

















Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlayıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, agentliyin vəsaiti hesabına kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib.

Satış Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə təsdiqlənmiş yeni qaydalara uyğun aparılıb.

Gömrük dəyəri 172 min AZN olan texnikanı təchizatçıdan kənd təsərrüfatı müəssisəsi 68 800 manata, yəni dəyərin 40%-i güzəşt olunmaqla əldə edib. Müəssisə satış məbləğinin 20%-i həcmində ilkin ödəniş edib. Alıcı satış məbləğinin qalan hissəsini təchizatçıya Agentliyin vəsaiti hesabına müvəkkil kredit təşkilatından götürdüyü güzəştli kreditlə ödəyib. Texnika alıcısı krediti 5 il müddətinə faizsiz olaraq geri qaytaracaq. Kreditin faizləri isə AKİA tərəfindən aybaay müvəkkil kredit təşkilatına ödənəcək.

Ölkə Prezidentinin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası”na görə, kənd təsərrüfatı texnikalarının və damazlıq heyvanların güzəştli şərtlərlə satışını artıq AKİA həyata keçirir. Həmin fərmanadək bu səlahiyyətlər Kənd Təsərrüfatı Nazirliyinin digər tabeli qurumu olan Aqrolizinq ASC-də idi.

Qeyd edək ki, yeni qaydalara uyğun olaraq, kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə və güzəştli kredit vəsaitindən istifadə ilə istədiyi təchizatçıdan və istədiyi müvəkkil kredit təşkilatı vasitəsilə ala bilər

Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirildi - FOTO

Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirildi - FOTO

Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirildi - FOTO

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər