hadise
20.01.2019, 12:13
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edilib

Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
dogruxeber.tv FHN-ə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəx və hamam otağı yanıb.
Yanğın zamanı 8 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


