Fərmanqızı: "Bir gecə Nəsimi dedi ki, dur oxu, ey Afət!" - VİDEO



















Müğənni Afət Fərmanqızı məşhur hind mahnısını İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" sözləri ilə ifa edib.

Onun bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

A.Fərmanqızının adalat.az-a qısa müsahibəsini təqdim edir:

- Afət xanım, yeni çıxan mahnınızla bağlı soruşmaq istəyirəm. Necə yarandı bu mahnı?

- "Nəsimi ili" elan olunmuşdu. Mən də Nəsimi haqqında məqalələr oxuyurdum. Bir gecə də yatmışam. Rəhmətlik şair özü yuxuda mənə deyib ki, Afət, bu qəzəlimi oxu!

- Amma Nəsiminin qəzəlinə mahnı oxumağınız sosial şəbəkələrdə tənqid olundu. Dedilər ki, toy mahnısıdır...

- Toy mahnısı deyil! O, dünyəvi bir mahnıdır! Neçə dəfə mükafatlar alıb! "Pəncu-şeş" çox məşhurdur.

- Hind mahnısının Nəsiminin sözləri ilə oxunması da qınanıldı...

- Kim tənqid edir, etsin. Bu məni düşündürmür. "Pəncu-şeş" Hollivud, yaxud Bollivudun çox tanınmış mahnısıdır. Dəfələrlə mükafat alıb, Qremmidən üzü bəri. O mahnıya kim nə deyə bilər ki! O mahnıya söz qoşmaq bizim ixtiyarımızda deyil. O mahnını tanıyanlar heç sizi, bizi tanımır.

- Söhbət sizin mahnıdan gedir. Onu bayağı, toy mahnısı kimi təqdim edirlər.

- Mənim heç vecimə deyil. Düşmənlərim nə cür təqdim etməliydilər ki!

- Siz düşünürsünüz ki, oxuduğunuz ciddi bir mahnıdır? Yəni toya hesablanmayıb?

- Əlbəttə, ciddi bir mahnıdır. Bu mahnının təqdimat mərasimini sizə göstərərəm, o zaman görərsiniz ki, bu necə ciddi mahnıdır. Bütün dünya ordadır. Bir də ki heç bir yerdə, qanunda qadağa yoxdur ki, müğənni Nəimidən, Nəsimidən, Mikayıl Müşfiqdən oxuya bilməz.

- Təbii ki, yoxdur.

- Hə, mənim də ürəyim istəyib, oxumuşam. Siz deyirsiniz ki, toy mahnısı olduğunu deyirlər. Bu toy səviyyəsizdirsə, bəs niyə toy eləyirik?

- Siz toylarda oxuyacaqsız o mahnını?

- Əlbəttə. Toyda da, efirdə də. Hər yerdə.

- Tənqid edənlərə, bayağı deyənlərə cavabınız var?

- Nəsiminin qəzəlini oxumaq cinayətdirsə, mənə o cinayət məcəlləsini göstərsinlər. Ürəyim belə istəyib, oxumuşam. O mahnıya Hollivuddan, Bollivuddan kimlər-kimlər qiymət verib. Necə deyim ki, adamların xətrinə dəyməsin? O mahnıya kiminsə nəsə deməsi sizin, mənim, heç kimin iqtidarında deyil. Yenə deyirəm, o mahnı dünyəvi mahnıdır.

- Bu mahnı nə zaman ortaya çıxdı?

- 2011-ci ilin mahnısıdır. Azərbaycanda da bunu insturmentalistlər çalmışdılar. Sadəcə, söz qoşub oxumamışdılar. Hind mahnısıydı bu. Mənim də xoşuma gəlib oxumuşam. Nə var ki burda? Mən hind dilini bilmədiyimə görə oxuya bilmirdim. O mahnıya ayrıca söz də yazdıra bilərdim, amma Nəsiminin qəzəli elə oturdu ki ora. Yuxumda da Nəsimi dedi ki, dur oxu, ey Afət!

- Filmdə də belə bir səhnə var: "Vəsf zamanı deyil, Afət..."

- Hə... (gülür) Ay sağ ol! Xəbəriniz var? Mahnı partlayıb... Sonda deyim ki, kimin bu mahnının dünyəvi olmasına şübhəsi varsa, mən ona bunu sübut edə bilərəm. Və dünyəvi bir mahnıya yalnız böyük Nəsiminin sözləri yaraşardı.Unikal.org

Oxunub: 1 184

Son xəbərlər

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Rusiyanın 4 mühüm neft emalı obyekti VURULDU

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Bütün xəbərlər