SƏRXOŞ SÜRÜCÜLƏRİN SAYI AZALIB



















Şabran rayonunda yol hərəkət qaydalarına riayət olunması və baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində Dövlət Yol Polisi Bölməsi əməkdaşları böyük səylə çalışırlar.

Qış ayları ilə əlaqədar olaraq inspektorlar tərəfindən qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə görülən zəruri tədbirlər barədə danışan Şabran RPŞ-nin DYPB-nin rəisi, polis kapitanı Nazim Kərimov geridə qoyduğumuz 2018-ci il ərzində rayon ərazisində qeydə alınan qayda pozuntuları və inzibati qaydada məsuliyyətə cəlb olunan sürücülər barəsində də məlumat verdi. Polis kapitanı bildirdi ki, qeyd olunan müddət ərazində rayon ərazisində qayda pozan sürücülər barəsində 3420 inzibati protokol tərtib edilib ki, onlarda 111-i əks hərəkət zolağına çıxmaqla manevr etmə və ötmə qaydasını pozan, 134-ü isə sərnişin daşıma qaydalarını pozan sürücülər barəsindədir. Həmçinin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər barəsində 74, işıqforun tələbini pozan 78 və yol ayrıcı qaydasını pozanlar barəsində 264 protokol tərtib olunub.

Sürücülər arasında aparılan profilaktiki söhbətlərin müsbət nəticələr verdiyini bildirən polis kapitanı, sərxoş halda nəqliyyat vasitəsini idarə edərək özünün və başqalarının həyatı üçün təhlükə törədənlərin sayında azalma olduğunu bildirdi. O daha sonra rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verərək dedi ki, qeyd olunan müddətdə Şabran rayonu ərazisində 5 yol nəqliyyat hadisəsi baş verib, hadisələr zamanı 2 nəfər dünyasını dəyişib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.

Polis kapitanı Nazim Kərimov onu da qeyd etdi ki, DYPB-nin əməkdaşları tərəfindən yalnız sürücülər arasında deyil, mütəmadi olaraq rayon və kəndlərdə yerləşən təhsil ocaqlarında şagirdlərlə maarifləndirici görüşlər keçirilir, məktəblilərə yol hərəkəti qaydaları və yol nişanları haqqında geniş məlumatlar verilir.

dogruxeber.tv

Son xəbərlər

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Bütün xəbərlər