TƏHLÜKƏSİZLİYİN TƏMİNİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR















Şimal regionları yay və qış aylarında yerli və əcnəbi turistlərin mütəmadi olaraq səfər etdikləri bölgələrdəndir. Öz füsunkar təbiəti ilə turistləri özünə cəlb edən Quba rayonu isə hər zaman qonaqlı-qaralı olur. Qəçrəş meşəsi, Çənlibel gölü, Afurça şəlaləsi, Təngəaltı, Xınalıq kəndi və digər gözəl yerlər gələn qonaqların ən çox baş çəkdiyi yerlərdəndir.

Turizmin inkişaf etdiyi Quba rayonunda ictimai asayişin qorunması və gələn qonaqların istirahətini rahat və sərbəst keçirmələri, həmçinin onların təhlükəsizliyin təmin edilməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları sayıq xidmətdədirlər.

Rayonda yol hərəkət qaydalarına riayət olunması və baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində Dövlət Yol Polisi Bölməsi əməkdaşları səylə çalışırlar. Görülən qabaqlayıcı tədbirlər barədə danışan DYPB-nin rəisi, polis mayoru Valeh Cavadov bildirdi ki, qış aylarında hava şəraitinin qarlı və yağışlı keçməsi ilə əlaqədar inspektorlar tərəfindən qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə mütəmadi olaraq reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür. Belə tədbirlərin mahiyyətindən danışan həmsöhbətim, geridə qoyduğumuz 2018-ci il ərzində rayon ərazisində qeydə alınan qayda pozuntuları haqda da məlumat verdi. Bildirdi ki, 2018-ci ildə rayon ərazisində qayda pozan sürücülər barəsində 6755 inzibati protokol tərtib. Bunlardan 128-i nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər, 153-ü isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər barəsindədir. Bundan əlavə manevr qaydalarını pozan sürücülər barəsində 319, ötmə qaydalarını pozan 156 və əks hərəkət zolağına çıxaraq hərəkəti davam etdirən 159 protokol tərtib edilib. Rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 protokol tərtib olunub və Quba rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib. Həmçinin yollarda müəyyən edilmiş piyada keçidləri və zolaqlarından istifadə etməyərək həyatlarını real təhlükə altına atan şəxslərlə fərdi söhbət aparılıb, 278-i barəsində protokol tərtib edilib.

Rayon ərazisində baş verən yol nəqliyyat hadisələri haqda məlumat verən bölmə rəisi bildirdi ki, qeyd olunan müddətdə Quba rayonu ərazisində 27 yol nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında dünyasını dəyişənlərin sayında azalma olduğunu deyən polis mayoru, qeyd edib ki 2018-ci ildə baş verən hadisələrdə 3 nəfər həyatını itirib ki, bu da əvvəlki illə müqayisədə 2 dəfədən çox azdır. Sürücülərlə aparılan profilaktiki söhbətlərin müsbət nəticələr verdiyini bildirən

polis mayoru, qayda pozan sürücülər barəsində tərtib edilən inzibati protokolların ödənilməsi göstəricisinin də yüksək olduğunu bildirib. 2018-ci il ərzində tərtib olunan 6755 inzibati protokolun 83.6 faizi qayda pozmuş sürücülər tərəfindən ödənilib.

Eyni zamanda 2018-ci ildə sürücülərin və piyadaların hərəkətinin tənzimlənməsi istiqamətində görülən işlər çərçivəsində Quba rayonunda ümumilikdə 1500 yol nişanı dəyişdirilərək yenisi ilə əvəz edilib. Bunlardan 483 rayon mərkəzində, 1017 isə ətraf rayon və kəndlərə gedən yollarda quraşdırılıb.

Söhbətimiz sonunda polis mayoru Valeh Cavadov bildirdi ki, DYPB-nin əməkdaşları tərəfindən mütəmadi olaraq rayon və kəndlərdə yerləşən təhsil ocaqlarında şagirdlərlə maarifləndirici görüşlər keçirilir, gələcəyin sürücüləri olan məktəblilərə yol hərəkəti qaydaları və yol nişanları haqqında geniş məlumatlar verilir. Bunun nəticəsidir ki azyaşlıların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin sayı minimuma enib.

dogruxeber.tv

TƏHLÜKƏSİZLİYİN TƏMİNİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR

Oxunub: 755

Son xəbərlər

Texnologiya Universitetində yaşıllıqlar niyə məhv edilir? – 14 ağacın kəsilməsi suallar doğurur

Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı

Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

Təlim mərkəzində qumbara partladı - Kursant öldü

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Bütün xəbərlər