dunya
3.02.2019
Məktəbliləri daşıyan avtobus qəzaya uğradı: 14 nəfər yaralandı

ABŞ-ın Qərbi Virginiya ştatında basketbol üzrə qızlardan ibarət məktəb komandasını daşıyan avtobus qəzaya uğrayıb.
Qəza nəticəsində 14 nəfər xəsarət alıb, onlardan 12-si məktəb komandasınının üzvü olub.
Bildrilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi barədə məlumat verilmir.


