Məcburi köçkünlər üçün müayinə təşkil edildi - FOTOLAR


















Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən məcburi köçkünlərin sağlamlığının qorunması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırığı ilə hər il əhalinin pulsuz tibbi müayinədən keçirilməsi üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyeva müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən, müayinə və müalicə imkanları məhdud olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin sağlamlığının bərpasına daim diqqət və qayğı göstərir, ölkəmizdəki mərhəmət və humanizm ənənələrinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 6-da Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yeni yaşayış kompleksində məcburi köçkünlər üçün səyyar ödənişsiz oftalmoloji müayinə aksiyası keçirilib. Müayinə Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar həkim briqadası tərəfindən aparılıb, pasiyentlərə ixtisaslı yardım göstərilib.

Aksiya çərçivəsində 150-dən çox məcburi köçkün müayinədən keçib, onlara ilkin diaqnoz qoyulub, zəruri hallarda eynək təyin edilib.

Xatırladaq ki, Dövlət Komitəsinin təşəbbüsü ilə Türkiyənin məşhur “Dünyagöz” klinikasının Bakı filialının həkim briqadası ötən il “Qobu park” yaşayış kompleksində səyyar ödənişsiz oftalmoloji müayinə keçirib. Bundan başqa, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası da Dövlət Komitəsinin təşəbbüsünü dəstəkləyərək, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz tibbi aksiya təşkil edib.

Regionlarda da humanitar aksiyalar həyata keçirilib. Şəki şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə keçirilmiş sağlamlıq aksiyasında müxtəlif ixtisaslı 11 həkimdən ibarət briqada ümumilikdə 100-dən çox sakinə tibbi xidmət göstərib.

Məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də belə tibbi aksiyaların keçirilməsi nəzərdə tutulub.



Məcburi köçkünlər üçün müayinə təşkil edildi - FOTOLAR

Məcburi köçkünlər üçün müayinə təşkil edildi - FOTOLAR
Məcburi köçkünlər üçün müayinə təşkil edildi - FOTOLAR

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər