"Azərpoçt" daha bir beynəlxalq ödəniş sisteminə qoşulur - FOTOLAR













Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti daha bir beynəlxalq ödəniş sisteminə qoşulur. Belə ki, “Azərpoçt” MMC Rusiyanın "Digital Payment" şirkətinə məxsus "Sendy" ödəniş sisteminə qoşulmaq üçün memorandum imzalayıb.

Qeyd edək ki, "Sendy" ödəniş sistemi hazırda 5 milyondan çox istifadəçini özündə birləşdirir. 70 mindən çox hüquqi şəxs bu sistemin müştərisidir. Artıq ölkəmizdə də “Azərpoçt”un müştəriləri bu ödəniş sistemindən rahatlıqla yararlana biləcəklər.

dogruxeber.tv xəbər verir ki, "Azərpoçt” və "Digital Payment" arasında tərəfdaşlıq Azərbaycanla yanaşı, Rusiya, Çin və Asiya ölkələrində milli valyutadan istifadə edən ödəniş və ötürmə mexanizmlərinin yaradılmasına imkan yaradacaq. “Sendy” proqram təminatının və avadanlıq kompleksinin “Azərpoçt” tərəfindən təmin edilməsi isə ölkəmizdə innovativ rəqəmli mobil ödəniş texnologiyalarının genişlənməsinə töhfə verəcək. Eyni zamanda, ticarət və xidmət müəssisələri üçün nağdsız əməliyyatların faizlərini azaldacaq, bütün müştərilər üçün maliyyə xidmətlərindən istifadədə rahatlığı təmin edəcək, təhlükəsizlik səviyyəsinin artırılmasına şərait yaradacaq.

“Azərpoçt” MMC-nin prioritet vəzifəsi milli pul vahidlərində universal ödəmə məkanının yaradılması, ən son mobil texnologiyalardan istifadə edərək öz müştəriləri, eləcə də, tərəfdaşlarının müştəriləri üçün maliyyə xidmətlərinin genişləndirilməsi və xüsusilə sərhədsiz köçürmələrin artırılmasıdır.
Qeyd edək ki, bu gün dünyada biznesin iki növü sürətlə inkişaf etməkdədir. Bu smartfona inteqrasiya edilmiş onlayn ticarət və rəqəmli ödəniş sistemidir. Poçt strukturlarında ödəmə şərti ucuz olan və QR kodlar əsasında rəqəmli mobil həllər tətbiq edən xidmətlərə üstünlük verilir. Ölkəmizin poçt sistemi də bu prinsipə əməl edən beynəlxalq ticarət və çatdırılma sistemlərinə inteqrasiya olunub.


"Azərpoçt" daha bir beynəlxalq ödəniş sisteminə qoşulur - FOTOLAR

Son xəbərlər

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Bütün xəbərlər