gundem
14.02.2019, 17:42
Prezident təqaüdü 210 manat oldu

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.
Bu Fərman martın 1-dən qüvvəyə minir.
Xatırladaq ki, əvvəl Prezident təqaüdü 185 manat olub


