hadise
16.02.2019, 21:00
Göygöldə iki minik maşını toqquşdu

Göygöl şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində, 56 yaşlı Daşkəsən rayon sakini Əlişad Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Bakıda marşrut avtobusunun iştirakı ilə qəza baş verib.


