hadise
17.02.2019, 20:08
Bakıda yanğın olub, 15 nəfər təxliyə edilib
1536036506.jpg)
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
dogruxeber.tv FHN-ə istinadən xəbər verir ki, binanın şaxtasından keçən kommunikasiya xətləri 6 p.m yanıb.
Yanğın zamanı 15 nəfər (o cümlədən 7 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib, liftdə qalan 2 nəfər xilas edilib.
Kommunikasiya xətlərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


