siyaset
21.02.2019, 14:52
İlham Əliyev 2,3 milyon manat pul ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Ağdam rayonunun Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


