BMT nümayəndəsi Qərbi Kaspi Universitetində



















BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Qərbi Kaspi Universitetində tələbələrlə görüşüb.

Q.İsaqzai tələbələr qarşısında çıxış edib, BMT-nin fəaliyyəti, prioritetləri barədə məlumat verib. Qonaq eyni zamanda BMT-Azərbaycan əlaqələri barədə danışıb, Azərbaycanın BMT-lə əhəmiyyətli əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edib. Q.İshaqzai Azərbaycanın BMT çərçivəsində görülən işlərə töhfələr verdiyini, bu xüsusda qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə ölkəmizin fəal şəkildə iştirakını vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab verərkən qonaq təmsil etdiyi təşkilatın Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən dörd qətnamə qəbul etdiyini xatırladaraq, bildirib ki, BMT Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə böyük maraq göstərir və tərəflərin bu istiqamətdə irəliləyişlərə nail olması üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləyir.

Q.İshaqzai tələbələrlə fikir mübadiləsindən məmnunluğunu bildirib, onlara təhsil üçün Qərbi Kaspi Universitetində yaradılmış gözəl şəraitdən lazımınca yararlanmağı tövsiyə edib.

Daha sonra qonaq universitetlə tanış olub. Rektor universitetin fəaliyyəti barədə məlumat verərək bildirib ki, son illərdə tədrisin keyfiyyətinin artırılmasına və modernləşdirilməsinə yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirilib. Ötən tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Burada ardıcıl olaraq məktəblilərin və tələbələrin iştirakı ilə təlimlər, praktik işlər, eləcə də müsabiqələr təşkil edilir. Qonaq Mərkəz və laboratoriyalarında yaradılmış şəraitlə, Texnoparkda tələbələrin mühəndislik sahəsi ilə bağlı işləri ilə tanış olub. Q.İshaqzai universitetin infrastrukturunun, maddi-texniki bazasının yüksək səviyyədə olduğunu, bunun keyfiyyətli təhsil üçün əhəmiyyətini qeyd edib.

BMT nümayəndəsi Qərbi Kaspi Universitetində

BMT nümayəndəsi Qərbi Kaspi Universitetində

BMT nümayəndəsi Qərbi Kaspi Universitetində

BMT nümayəndəsi Qərbi Kaspi Universitetində

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər