hadise
23.02.2019, 17:35
Avtomobil su kanalına aşdı, sürücü öldü - VİDEO

Ucar rayonunda yol qəzası baş verib.
dogruxeber.tv "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Ucar-Zərdab magistralında baş verib.
Belə ki, Zərdab rayonu istiqamətində hərəkətdə olan "VAZ-21170" markalı avtomobil idarəetmədən çıxaraq yolkənarındakı su kanalına aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir. Onun şəxsiyyətini hələlik dəqiqləşdirmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


