“Naxçıvanda bina tikdirmək istəyirmiş, Vasif Talıbov imkan verməyib…” – Sərdar Cəlaloğludan Qüdrət Həsənquliyev haqqında SENSASİON AÇIQLAMA













Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 7 saylı Culfa-Ordubad seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin son günlər Naxçıvan Muxtar Respublikası rəhbərliyi haqqında tənqidi fikirlər səsləndirməsinə cavab verib.

Sərdar Cəlaloğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Qüdrət Həsənquliyev qətiyyən Azərbaycan xalqının maraqlarını müdafiə etmir:

“Ona görə də Qüdrət Həsənquliyev müsahibələrində “Naxçıvanda bəzi adamlar” deyə hay-kül qaldırır. Görünür, həmin bəzi adamlar onun ya qohumlarıdır, yaxud da himayə olunduğu yüksək vəzifəli məmurların qohumlarıdır. Yoxsa, o qətiyyən Naxçıvanda işsizliklə bağlı problemləri məsələ kimi qaldırmazdı. Onun davası heç də xalqın davası deyil. Qüdrət Həsənqulıiyev şəxsi maraqları üçün bu cür fikirlər səsləndirir.

Digər tərəfdən isə Qüdrət Həsənquliyevə mandat Naxçıvandan verilib. Çox güman ki, o növbəti seçkilərdə mandat ala bilməyəcək. Ona görə də səsy-küy salmağa başlayıb. Qüdrət Həsənquliyev çıxışında üstüörtülü bir fikir bildirir. Deyir ki, Prezidentə çıxış olan adamlara Naxçıvanda iş vermirlər. Qüdrətə sual edirəm ki, əgər sən müxalifətsənsə, o zaman Prezidentə kimin çıxışının olub-olmamasını sən haradan bilirsən? Nə üçün məmurların vəkili kimi çıxış edirsən? Bəs Naxçıvanda kasıb, problemi olan camaatı niyə müdafiə etmirsən? Görünür, Vasif Talıbov bunun və ya himayə olunduğu adamların maraqlarını tapdalayıb. Yaxud da bunun növbəti dəfə deputatlığa namizədliyini vermək istəmirlər. Ona görə də Vasif Talıbova bu cür hücumlar etməyə başlayıb”.

Partiya sədri deyir ki, Qüdrət Həsənquliyev ayrı-ayrı yüksək vəzifəli adamların fərdi müdafiəçisi kimi çıxış edir:

“Ola bilsin ki, Qüdrət Həsənquliyev və ya onu himayə edən məmurlar Naxçıvanda bina tikdirmək istəyirmiş, Vasif Talıbov da buna imkan verməyib. Ona görə də Qüdrət indi başlayıb Vasif Talıbova hücumlar etməyə. Qüdrətin bu cür əməlləri çox olub. Onu tanıyan bir çox şəxslər deyir ki, Qüdrət Həsənquliyev bizi öyrədirdi ki, ona-buna hücum edir. Sonra özü gedib həmin adamlardan pul alıb mənə zəng edib deyirdi ki, bu şəxslərlə işin olmasın, mənim dostlarımdır və sairə. Yəni, bu barədə bir çox insanlar fikir söyləyib. Hesab edirəm ki, son vaxtlar Qüdrət Həsənqulıiyevin Vasif Talıbova qarşı etdiyi hücumlar da bu qəbildəndir”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər