idman
11.03.2019, 15:20
Güləşçilərimiz Yakutskdə 2 medal qazandı

Rusiyanın Yakutsk şəhərində gənc sərbəst güləşçilər arasında Roman Dmitriev Memorialı keçirilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 5 güləşçi təmsil edib.
Onlardan Asxab Həmzətov (92 kq) gümüş, Abubakr Abakarov (79 kq) isə bürünc medal qazanıb


