idman
12.03.2019, 09:27
“Qalatasaray” rəqibini darmadağın etdi

Bu gün Türkiyə Superliqasında 25-ci tura yekun vurulub.
"Qalatasaray" klubu öz meydanında "Antalyaspor"u qəbul edib. Oyunda aşkar üstünlüyə sahib olan Fatih Terimin komandası rəqibini 5:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, hazırda 49 xalı olan "Qalatasaray" turnir cəvdəlində ikincidir. "Başakşəhər" isə 57 xalla liderliyini davam etdirir.


