Aprel şəhidinin anası FƏRYAD ETDİ: "İldönümündə Damlaya konsert verib"


















Masallı rayonunda yaşayan şəhid anası fəryad edir.

Unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, Masallı rayon İcra Hakmiyyəti oğlunun ildönümündə müğənni Damlanın konsertini təşkil edib. Bundan başqa rayon rəhbərliyi oğlumun yas məclisinə gələnlərə qadağa qoydu:



"Masallı rayonu Kalinovka kəndində yaşayırıq. Mənim iki oğlum var. Hər ikisi də hərbçidir. Onlar 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Biri şəhid oldu. Digəri də hələ də hərbçi kimi ölkəmizin keşiyində durub. Keçən il aprelin 5-i Nurlanın vəfatı günü idi. Rayon rəhbərliyi bizim yanımızda olmaq əvəzinə müğənni Damlanın konsertini təşkil etdilər. Yasa gəlmək istəyən rayonda dövlət idarələrində və təşkilatlarda işləyən tanışlarımıza icra hakimiyyəti səviyyəsində xəbərdarlıq etdilər ki, hamı konsertdə olmalıdır. Məclis keçirilən vaxtı konsertin səsi gəldiyi üçün ikinci dəfə həmin ağrını yaşadım. Bir dəfə də mənzil şəraitini yaxşılaşdırmaq üçün rayon icra hakimiyyətinə müraciət etdim. Millət vəkili Elmira Axundova özü də evimə yağış yağdığını görüb. O da bildirib ki, icra hakimiyyətinə müraciət edin kömək etsinlər. İcra hakimiyyəti deyir ki, oğlunuza yas vermişik, baş daşı qoymuşuq. O subay olduğu üçün sizə kömək edə bilmərik. Mən də dedim ki, qanunla bizim ailə üçün nə nəzərdə tutulubsa o diqqəti göstərin. Yuxarı orqanlardan gələn olanda rayon icra hakimiyyəti yalandan məlumat verir ki, guya bizim üçün nəsə ediblər. Bundan başqa baramaçılıqla məşğuluq. Baramalarımızı oğurladılar. Kənd icra nümayəndəsinə məlumat verdim. Qoymadı ki, hüquq mühafizə orqanlarına məlumat verim. Sonra bələdiyyədə işləyən bir tanışımız var dedi ki, sənin oğlun şəhid olandan sonra biz maaş almırıq. Dedilər ki, Masallı rayon İcra Hakmiyyəti sənin oğlununun dəfni üçün xərclənən vəsaiti bizim maaşımızdan tutur. Bu da mənə ağır gəlir ki, mənim şəhid oğlumun adından rayon icra hakimiyyəti niyə istifadə edir?Mənim oğlum vətən üçün şəhid olub. Mən ölkə rəhbərliyindən xahiş edirəm ki, bizim ailəmizə kömək olunsun."

Ülvi Rzazadə


Aprel şəhidinin anası FƏRYAD ETDİ: "İldönümündə Damlaya konsert verib"


Aprel şəhidinin anası FƏRYAD ETDİ: "İldönümündə Damlaya konsert verib"

Son xəbərlər

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Bütün xəbərlər