İcra hakimiyyəti şəhidin qəbrinə yürüşə icazə vermədi – Şəhid anasından ittihamlar











Qəbələ rayon İcra Hakimiyyəti məktəblər tərəfindən aprel şəhidi Sahil Şirinovun qəbrinin üstünə təşkil olunmuş yürüşə icazə verməyib.

Bu barədə BakuPost-a S. Şirinovun anası Şəhla Şirinova məlumat verib. Ş. Şirinova saytımızla əlaqə saxlayaraq bildirib ki, icra hakimiyyəti son anda zəng edib və yürüşün təşkil olunmasına icazə verilmədiyini bildirib. Şəhid anası deyib ki, tədbir üçün rayon Təhsil Şöbəsindən də icazə alınıb: “Bu gün 11:30-da hamımız yığışıb qəbir üstünə yürüş edəcəkdik. Qəbələnin bir neçə məktəbindən də şagirdlər gəlməliydi. Direktorlarla müəllimlər xüsusi avtobuslar tutmuşdu. Şagirdlər məktəblərin həyətinə yığışıb, avtobuslarla bizə gəlmək istədiyi vaxt icra hakimiyyətindən zəng gəlib ki, uşaqların ora aparılmasına icazə yoxdur. Şagirdlər hamısı qalıb məktəblərin həyətində”.

Şəhla Şirinovanın sözlərinə görə, şagirdləri gətirə bilməsələr də, müəllimlər özləri Sahilin qəbrinin üstünə baş çəkiblər. Lakin planlaşdırılan tədbir şagirdlər gəlmədiyi üçün baş tutmayıb.

Qəbələ rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov məsələ ilə bağlı BakuPost-a açıqlamasında deyib ki, sözügedən tədbirdən xəbərləri belə yoxdur: “Siz dəqiq şəhidin anası ilə danışmısınız? Mən təəccübləndim, doğrusu. Çünki hazırda Hərbi Komissarlıq anım günü ilə bağlı orada tədbir keçirir. Başqa bir təşkilat günün ikinci yarısı ora getməlidir. Mənə belə bir informasiyanın verilməsi təəccüblü gəldi. Çünki bu, həssas mövzudur. Bizim də diqqətimizdə olan mövzudur. Anım günü ilə bağlı rayonumuzda silsilə tədbirlər keçirilib. Məktəblərdə də olub. Şəhidin anası özü də iştirak edib. Rayon hərbi komissarlığı da hazırda orada tədbir keçirir.

Rayonun ümumtəhsil məktəblərində ora getmək istiqamətində fikir olsaydı, bu tədbir əvvəlcədən formalaşardı, xəbərimiz olardı, yolun təhlükəsizliyini təmin edərdik, onları avtobusla təmin edərdik, yolda sakitliyi təmin edərdik. Onları müşayiət edən polis maşınları təşkil olunardı. Heç bizim xəbərimiz olmayıb. Bəlkə valideyn əsəbiləşib deyə belə bir şey deyir?”

Z. Kərimov əməkdaşımızın “Bəlkə icra hakimiyyətinin xəbəri olmayıb deyə zəng edib təxirə saldırıb” sualına belə cavab verib: “Bu istiqamətdə nəsə informasiya olsaydı bir neçə gün əvvəldən biz zəruri köməkliyimizi göstərərdik”.

Qeyd edək ki, Sahil Şirinov 2016-cı ilin aprel ayının 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. O, aprel ayının 6-da doğulduğu Qəbələ rayonunda torpağa tapşırılıb.

Son xəbərlər

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bütün xəbərlər