hadise
3.04.2019, 12:05
Bakıda qadın ərini döydü - xəstəxanaya yerləşdirildi

Bakıda kişi həyat yoldaşı tərəfindən döyülüb.
dogruxeber.tv ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə Xətai rayonu, Zığ yolu şossesində baş verib.
1985-ci il təvəllüdlü Mirzəyev Zaur Camal oğlu həyat yoldaşı tərəfindən döyülərək xəsarətlər alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


