Yeni “BirKart BOKT” fəaliyyətə başladı













Kapital Bank-ın təsis etdiyi yeni “BirKart BOKT” MMC-nin ilk filialı fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 130D ünvanında olan Maxi.az mağazasında (İnşaatçılar metro stansiyasının yaxınlığında) yerləşir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək müştərilərə xidmət göstərir.

Bunu yaratmaqda əsas məqsəd partnyor mağazalarda və digər satış nöqtələrində müştərilərə faizsiz taksit imkanı verən kartın rəsmiləşdirilməsidir. Bununla da müştərilər mağazadan kənara çıxmadan, BirKart məhsulunu əldə etmək və istədiyi məhsulu faizsiz taksit şərtləri ilə almaq imkanı əldə edirlər. Yaxın zamanlarda daha bir neçə filialın açılması planlaşdırılır və qanunvericiliklə icazə verilən digər xidmətlər də müştərilərə təqdim olunacaq.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Məlumat üçün bildirək ki, “BirKart BOKT” MMC, Kapital Bank ASC tərəfindən təsis edilib və 5 noyabr 2018-ci il tarixindən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilən lisenziya əsasında fəaliyyətə başlayıb.

Yeni “BirKart BOKT” fəaliyyətə başladı

Oxunub: 907

Son xəbərlər

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

Bütün xəbərlər