Mehman Hüseynovu ölkədən çıxmağa buraxmadılar - FOTOLAR















Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, bloger Mehman Hüseynovu bu gün səhər Azərbaycandan bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə getmək istədiyi Avropaya buraxmayıblar.

AZAL-ın Berlin reysinə gedərkən sərhəd nəzarət məntəqəsində M.Hüseynova bildiriblər ki, onun ölkədən çıxmasına Azərbaycan Baş Prokurorluğu tərəfindən qadağa tətbiq edilib. Bunun səbəbini açıqlamayıblar, bu barədə Turan-a onun qardaşı, RATİ-nin direktoru Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, blogerin ölkədən çıxışının qadağan edilməsi üçün heç bir hüquqi əsas yoxdur, belə ki, o, iki illik həbs cəzasını tam şəkildə çəkib və azad edildikdən sonra xarici pasport alıb.

M.Hüseynov elə bu gün AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin QHT-lərlə bağlı konfransında iştirak etmək üçün Berlindən Strasburqa getməli idi.

Çərşənbə günü M.Hüseynovun İFEX-in - RATİ-nin üzvü olduğu Beynəlxalq Jurnalist Təşkilatları Şəbəkəsinin illik konfransında iştirakı planlaşdırılırdı. Cümə axşamı bloger AŞPA-nın yaz sessiyası çərçivəsində korrupsiyaya qarşı mübarizə məsələlərinə və təşkilatçılarından biri RATİ olan "Azərbaycan landromatı" araşdırmasına həsr olunmuş "paralel müzakirələrdə" iştirak üçün Strasburqa qayıtmalı idi.

Cümə günü isə blogerin Vyanada ATƏT-in KİV azadlığı üzrə sədri Arlem Dezirin təşkil etdiyi jurnalistlərin təhlükəsizliyi məsələlərinə həsr olunmuş konfransda iştirakı planlaşdırılırdı.
Mehman Hüseynovu ölkədən çıxmağa buraxmadılar - FOTOLAR
Mehman Hüseynovu ölkədən çıxmağa buraxmadılar - FOTOLAR

Son xəbərlər

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Bütün xəbərlər