İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR












14 yaşlı Elinanın intiharı ilə bağlı istintaq işinin geniş dairəni əhatə edəcəyi haqda ötən gün məlumat vermişdik.

"Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, açılan cinayət işi ilə bağlı təkcə 162 saylı məktəbin rəhbərliyi və bir sıra məktəbliləri əhatə etmir.

Hadisə ilə bağlı prokurorluq geniş araşdırma aparıb və nəticədə ortaya valideyin və məktəb nəzarətindən kütləvi şəkildə kənara çıxmış yeniyetmələrin olduğu aşkar edilib.

Bəlli olub ki, 13-17 yaşlı bir qrup məktəbli mütəmadi olaraq gecə klublarına gedir, burada zərərli vərdişlərə başlayırlar.
Onların içərisində intihar edən Elina və onunla eyni məktəbdə oxuyan yaxın qohumları və yuxarı sinif şagirdi oğlanlar olub. Bütün bu deyilənlər videogörüntülərlə təsdiq edilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları bir sıra bar və gecə klublarının təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri izləyib və azyaşlıların qeyri etik hərəkətlərinin davamlı olaraq baş verdiyinin şahidi olublar. Kamerada görünən bütün yeniyetmələrin ifadələrinin alınacağı bildirilir.

Bütün bunlardan sonra isə onların bu hərəkətlərinə şərait yaradan gecə klublarının sahiblərinin də istintaqa cəlb ediləcəyi gözlənilir. Bundan əlavə uşaqların yaşadığı ərazinin sahə müvəkkilləri, polis idarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyası da məktəblilərlə bağlı müvafiq rəylərini istintaqa təqdim ediblər.
Maraqlıdır ki, intihar hadisəsi baş verənə qədər aidiyyatlı qurumlar və ən əsası da valideynlər övladlarının qeyri-normal həyat tərzlərinə vərdiş etməmələri üçün niyə heç bir addım atmayıb?

Xatırladaq ki, 14 yaşlı Elina Hacıyeva özünü məktəbin üçüncü mərtəbəsindən aaraq həlak olub. Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR
İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR
İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR
İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR
İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR
İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR
İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR

Oxunub: 2 490

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər