gundem / siyaset
25.04.2019
Nazir:Formula 1-in iyunda keçirilməsi bağlı danışıqlar aparılır

Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır.
dogruxeber.tv-n məlumata görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildlrib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".
Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.(Trend)


