gundem / maraqli
3.05.2019, 11:46
Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək

"Azərbaycan Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək".
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O, hazırda həmin təkliflərin hazırlandığını söyləyib: "Təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər öz həllini tapacaq. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir. Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri öz əksini tapacaq".


