"ANS-in efir məkanına qayıtması media azadlığına əhəmiyyətli təsir göstərən amil olardı" - Deputatdan AÇIQLAMA












Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Respublika Baş Prokurorluğundan ANS-ə tam bəraət qazandıran məktub göndərməsi məsələsindən danışıb.

Deputat demokrat.az-a açıqlamasında bildirib ki, Respublika Baş Prokurorluğunun belə açıqlama verməsi təqdirəlayiq hadisədir:

"Hələlik bu məsələ ilə bağlı digər qurumların da qərarlarını gözləyək. Çünki ANS-in vergilər, Milli Televiziya və Radio Şurası ilə problemləri var idi. Baxaq görək bu qurumların məsələyə reaksiyası necə olacaq".

F.Ağamalı deyib ki, ANS-in efir məkanına qayıtması Azərbaycanda media azadlığına əhəmiyyətli təsir göstərən amil olardı:

"Bu gün Azərbaycanda bir çox telekanallar fəaliyyət göstərir. ANS TV-nin də açılması pis olmazdı. Ancaq mən yenə bildirirəm ki, digər qurumların da bu məsələyə reaksiyasının necə olacağını gözləmək lazımdır. Həmin qurumlar ANS-lə bağlı bəzi məsələlərə aydınlıq gətirməlidir. Hələlik tələsməyək. Ola bilsin ki, ANS-in təsisçiləri yenidən bir araya gəlib telekanalı fəaliyyətə başlada bilərlər. Yaxud da əksinə ola bilər. Bütün bunlar sonrakı məsələlərdir. Doğrudur, Respublika Baş Prokurorluğunun açıqlaması ANS-lə bağlı bir çox məsələlərə aydınlıq gətirir. Ancaq bu məsələyə digər qurumlar da aydınlıq gətirməlidirlər. Mən Azərbaycanda qanunun tərəfdarıyam. Baş Prokurorluğun da belə bir açıqlaması varsa, onu təqdir edirəm. Demək ki, uzun müddət zaman kəsiyində aparılan araşdırmalar müsbət nəticələr verib. Bu, çox yaxşıdır".

Son xəbərlər

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Bütün xəbərlər